Uşaqların koronavirusu ən ağır keçirdiyi yaş dövrü açıqlandı
02.11.2020 09:00

Koronavirusun ağır forması əsasən bir yaşadək uşaqlarda qeydə alınır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcəsi İnstitutunun tədqiqat işləri üzrə direktor müavini Aleksandr Qorelov bəyan edib.

 

Onun sözlərinə görə, uşaqların yarısı virusu yüngül formada, 1/3 hissəsi isə simptomsuz keçir.

 

"Ağır və orta dərəcədə forma əsasən bir yaşa qədər uşaqlarda qeydə alınır. Üç yaşdan yuxarı uşaqlarda əsasən xəstəliyin yüngül və orta ağır formalarına rast gəlinir", - deyə A. Qorelov vurğulayıb.

 

Bundan əvvəl Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova uşaqlarda koronavirusun təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdi. O qeyd edib, koronavirusdan sağalan uşaqların 30 faizində idrak funksiyalarında azalma, oğlanların spermatogenezində isə ciddi dəyişiklik müəyyən olunub ki, bu da aşağı fertilliklə nəticələnə (nəsilvermə) bilər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib