Koronavirusa ən çox D vitamini çatışmazlığı olanlar yoluxur
01.11.2020 12:52

COVID-19-la D vitamini çatışmazlığı arasındakı əlaqə sübut olunub. 

 

Aztibb.az xəbər verir ki, İspaniyada aparılan bir araşdırmada COVID-19 xəstələrinin 80 faizində D vitamini çatışmazlığının olduğu müəyyən edilib. Nəticələri "Journal of Clinical Endocrinology & Metabolism" jurnalında yayımlanan araşdırma D vitamini çatışmazlığı ilə COVID-19-a yoluxma arasındakı əlaqəninin olduğunu aşkara çıxarıb.

 

Tədqiqat çərçivəsində İspaniyanın Marques de Valdecilla Universiteti Xəstəxanasında olan 216 COVID-19 xəstəsinin 80 faizinin D vitamini çatışmazlığı olduğu və kişilərdə D vitamininin qadınlardan daha aşağı olduğu müşahidə edilib. D vitamini çatışmazlığı olan koronavirus xəstələrində Ferritin və D-dimer kimi iltihab markerlərinin serum səviyyələrinin də artdığı aşkar olunub.

 

Tədqiqat qrupunun üzvü Jos Hernandez, qanlarında D vitamini səviyyəsi aşağı olan COVID-19 xəstələrinə D vitamini qəbul etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, həm əzələlərə, həm skeletə, həm də immunitet sisteminə faydalı təsir göstərir.

 

D vitamininin immunitet sisteminə soyuqdəymə və qrip kimi infeksiyalarla mübarizə aparmaq üçün böyük dəstək verdiyi məlumdur. ABŞ-ın Northwestern Universitetinin mütəxəssisləri bu əlaqəni ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə, İsveçrə, İran, Cənubi Koreya və Çin xəstəxanalarındakı COVID-19 xəstələrindən toplanan məlumatlarını araşdıraraq aşkar ediblər.

 
Sinqapurda aparılan araşdırmada da D3 və B12 vitaminləri ilə maqnezium mineralının birgə qəbulunun COVID-19-un yaşı 50-dən çox olan xəstələrdə ölümcül və ya ağır bir mərhələyə keçməsinin qarşısını ala biləcəyi aşkar edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib