İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub
08.02.2024 09:33

Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

 

Aztibb.az AzərTac-a istinadla xəbər verir ki, M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:

 

Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 281 min 625 səs (92,05 faiz);

Əliyev Fuad Ağası oğlu - 24 min 799 səs (0,53 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 81 min 799 səs (1,76 faiz);

Musayev Elşad Nəbi oğlu - 31 min 33 səs (0,67 faiz);

Mustafa Fazil Qəzənfər oğlu - 92 min 980 səs (2 faiz);

Nurullayev Razi Qulaməli oğlu - 37 min 386 səs (0,80 faiz);

Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz).

 

Məzahir Pənahov bildirib ki, beləliklə, çox az sayda məntəqə üzrə məlumatlar MSK-ya daxil olmayıb. Hesab edirəm ki, artıq səhərdən biz bu dairə seçki komissiyalarının protokollarını qəbul edəcək və həmin protokollar üzrə lider namizədin səslərini müəyyənləşdirəcəyik. Ayın 9-da dairə seçki komissiyalarının protokolları əsasında seçkinin nəticələrini ictimaiyyətə təqdim edəcəyik. Bundan sonra daxil olan sənədləri araşdırıb MSK-nın iclasına çıxaracaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqləyib qəbul edəcəyik. Beləliklə, MSK səviyyəsində seçkilərə yekun vurub protokolu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərəcəyik.

 

Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarı qətidir və bu qərardan sonra lider namizəd seçilmiş hesab olunur. O, andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq.

MSK-nın sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib. Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub