Bunlardan istifadə edən qadınların doğulan körpələrində yaranan XƏSTƏLİKLƏR
01.11.2020 14:20

Zərərli vərdişlərin orqanizmə çoxsaylı mənfi təsirləri var.

 

Aztibb.az spirtli içki, tütün və ya narkotiklərdən istifadə edən hamilələrin körpələrində yaranan fəsadları təqdim edir.

 

Spirtli içki içən qadınların uşaqları 34,5% hallarda vaxtından əvvəl doğulur, 19% hallarda fiziki cəhətdən zəif olur, 3 % hallarda müxtəlif inkişaf ləngiməsi olur.

 

İçki içən qadınların yeni doğulmuş uşaqlarında fiziki və zehni inkişafda ümumi ləngimə və beyin formalaşmasının pozulması (beynin ölçüsünün azalması və beynin sulu şişi), nevroloji pozuntular (titrəyən əzalar, qıcolmalar, əzələ tonusunun azalması), zəif əmmə refleksi, anadangəlmə ürək və böyrək qüsurları müşahidı edilir.

 

İnkişaf ləngiməsi ilə doğulan uşaqlarda qısa və dar göz yarıqları, dar və əyri alın, qalınlaşmış üst dodaq, kiçik alt çənə. psixomotor, xüsusən nitq inkişafında ləngimə, emosional və əqli inkişafda ləngimə qeydə alınır.

 

Siqaret çəkən qadınların yeni doğulmuş körplərinin çəkisi siqaret çəkməyənlərə nisbətən daha az olur. Vaxtından əvvəl doğuşun baş vermə halları çox olur. Yenidoğulmuşlarda bədxassəli şiş riski yüksək olur.

 

Narkotiklər arasında kokain embrionda və döldə pozuntuların yaranmasına səbəb olur. Körpənin vaxtından əvvəl doğulması halları baş verir. Uşaqlarda pozulmuş əmmə refleksi, mədə-bağırsaq traktının pozulması, əsəbilik, narahatlıq ilə xarakterizə olunan anadangəlmə narkotik asılılığı da müşahidə olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib