Məşhur onkoloq Məmməd Bağır Əliyev Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
07.02.2024 16:02

Rusiya Prezidenti məşhur onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Bağır Əliyevi “Dostluq” ordeni ilə təltif edib.

 

Aztibb.a AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı Rusiyanın hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

 

Sənəddə qeyd olunur ki, Rusiya elminin inkişafına verdiyi böyük töhfəyə, çoxillik səmərəli fəaliyyətinə görə və Rusiya Elmlər Akademiyasının yaradılmasının 300 illiyi ilə əlaqədar olaraq Məmməd Bağır Əliyev “Dostluq” ordeni ilə təltif olunur.

 

Azərbaycan diasporunun Rusiyada məşhur nümayəndəsi Məmməd Bağır Əliyev – həkim-onkoloq, Rusiya Elmlər Akademiyası, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru, RF Dövlət mükafatı laureatı, bu ölkənin Əməkdar elm xadimidir.

 

M.Əliyev, həmçinin Azərbaycanın “Şöhrət” və “Dostluq” ordenləri, Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib