İnsultun əsas simptomları – Qorunmaq yolu
01.11.2020 12:46

İnsult beynin-qan dövranının kəskin pozulması, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulması deməkdir. Hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult yaranır və bunların təxminən 7 milyonu ölümlə nəticələnir.

 

Aztibb.az xəbər verir ki, insultun əsas simptomları bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi və ya hissiyyatın zəifləməsi, görmənin pozulması, danışığın başa düşülməsinin pozulması, hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma qabiliyyətinin pozulması, qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı, qıcolma tutmaları, yaddaşın qəflətən zəifləməsi, şüurun pozulmasıdır.

 

Şəkərli diabet və müxtəlif ürək-damar xəstəlikləri insultun baş vermə ehtimalını daha da artırır. Məhz bu səbəbdən də insultdan qorunmaq üçün insanlara fiziki aktiv olmaq, tütündən istifadə etməmək, sağlam qidalanmaq, artıq çəki almamaq, arterial təzyiqi daima nəzarətdə saxlamaq tövsiyə olunur. Bu tövsiyələrə riayət etməklə insult təhlükəsini 80 faizədək azaltmaq olar.

 

İnsult riskinin olub-olmadığını öyrənmək üçün yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır.

 

Məlumatlara görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. Mütəmadi açıq havada orta sürətlə gündə heç olmasa yarım saat gəzmək insult riskini azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib