Həkim rezident laborator analizlərin incəliklərindən danışıb
07.02.2024 14:21

ATU-nun Rezidentura və magistratura şöbəsi TCK-nın Mərkəzi Laboratoriyası ilə birgə rezidentlər üçün "Qan kulturası nümunələrinin laborator diaqnostikası" mövzusunda seminar keçirib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, klinikanın laboratoriya şöbəsi xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir. 

 

Laboratoriyanın müdiri Elxan Nağıyev analiz nəticələrinin daha dəqiq və düzgün verilməsi üçün vacib olan bir sıra qaydalardan söhbət açıb.

 

Seminarda çıxış edən II kurs həkim-rezident Fatimə Nəsirli hemokultura nümunələrinin alınması, daşınması, rədd kriteriyaları və pozitiv siqnal verən nümunələrdə patogen/kontaminant ayrımının əhəmiyyətindən danışıb: 

 

“Analizlər zamanı hemokultura qan dövranı infeksiyalarında patogeni və ona uyğun antibiotik həssaslıq testini təmin etdiyindən qızıl standart hesab olunur. Empirik müalicədən uyğun müalicəyə keçidi təmin edərək antimikrobial davamlılıqla mübarizədə də bizə köməklik göstərir”. 

 

Çıxışlardan sonra mövzu ətrafında diskussiyalar aparılıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır