Genetik tədqiqat insanlar və itlər arasındakı münasibətlərin tarixçəsini müəyyənləşdirib
31.10.2020 18:22

Qədim itlərə dair ən böyük genetik tədqiqat başa çatıb. Alimlər müəyyən ediblər ki, 11 min il əvvəl dünyanın müxtəlif bölgələrində itlərin beş müxtəlif genetik tipi mövcud olub. Tədqiqat "Science" jurnalında dərc edilib.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, bütün ev itləri və müasir boz canavarlar ümumi əcdada malikdir, lakin onların ayrılma vaxtı elmə məlum deyil. Bəzi tədqiqatçılar hesab edirlər ki, canavarların insan tərəfindən əhliləşdirilməsinə yüz min il əvvəl başlanılıb. Digər fərziyyəyə görə, 40 və 20 min il əvvəl canavarlar özləri insan qəsəbələrinə gəlməyə başlayıblar.

 

21 ölkədən, o cümlədən Rusiyadan olan alimlərdən ibarət beynəlxalq komanda Sibirdən, Avropadan və Yaxın Şərqdən 100-dən 11 min ilə qədər yaşa malik qədim itlərin 32 tapıntısı üzrə genetik məlumatları ümumiləşdiriblər. Onlar 27 tam genomu sıralayıblar, daha əvvəl öyrənilmiş beş genom əlavə ediblər və onları bütün dünya üzrə müasir itlərin genomlarının seçməsi ilə müqayisə ediblər.

 

Tədqiqat müəllifləri aşkar ediblər ki, bütün qədim itlər müasir canavarlardan fərqli ümumi şəcərəyə malikdirlər. Əhliləşdirmənin dəqiq vaxtı və yerini müəyyən etmək mümkün olmasa da, nəticələr göstərir ki, 11 min il əvvəl, hələ paleolit dövründə, itlər artıq güclü diversifikasiya edilmişdilər. Belə ki, alimlər müasir cinslərin əksəriyyətinin əsasında dayanan ən az beş əsas genetik xətt müəyyən ediblər. Buna əsasən demək olar ki, əhliləşdirilmə prosesi bundan əvvəl başlayıb.

 

Qeyd edək ki, bu, insanla qədim itlərin münasibətlərinin bütün tarixini əhatə edən bu ən dolğun genetik tədqiqatdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib