Vətəndaşlar cəbhə zonasında hərbçilərlə təmasda olduqlarına görə, məsuliyyətimiz birə on qat artmalıdır
31.10.2020 16:33

Sentyabrdan etibarən dünyada koronavirusa yoluxanların sayında artım qeydə alınır. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Rəqəmlərin artımının obyektiv səbəbləri də var. Səbəblərdən biri respirator sistemə aid xəstəliklərin sentyabr-oktyabr aylarından başlayaraq artımıdır. Digər yandan isə yoluxma sayının azlığı vətəndaşlarda arxayınlığa səbəb oldu və hər kəs pandemiyanın bitdiyini düşündü. Əslində isə xəstəlik davam edir. Bunu biz ikinci dalğa kimi də qəbul edə bilmərik. Çünki xəstəlik var və vətəndaşlar məsuliyyət yanaşmanı kənara qoyduqdan sonra rəqəmlərdə artımlar qeydə alındı. Bu gediş əslində çox həyəcanlıdır. Çünki hazırda gərgin bir dövrdə yaşayırıq. Vətən müharibəsi davam edir. Bizim hər birimizin xəstələnməsi cəbhə üçün də təhlükə törədir. Vətəndaşlar cəbhə zonasında hərbçilərlə təmasda olduqlarına görə, məsuliyyətimiz birə on qat artmalıdır. Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik.

 

Bunu Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

 

Onun sözlərinə görə, epidemioloji olaraq xəstəliyin gedişatında artım davam edir: "Ölkəmizdə xəstəliyin artım səbəbi, buna təsir edən faktorlar araşdırılır, analiz edilir və qarşısını almaq üçün tədbirlər hazırlanır. Görülən tədbirlərin nəticə verməsi üçün hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Əgər qaydalara əməl edilsə, yoluxma sayları azalacaq.

 

Xəstəlikdən necə qorunmanın yolları bəllidir - maska taxmaq, əl gigiyenasına əməl etmək və məsafə saxlamaq. Təəssüflər olsun ki, vətəndaşlar əvvəlki vətəndaş məsuliyyətini nümayiş etdirmirlər. Parklarda, dayanacaqlarda avtobuslarda maskasız vətəndaşların sayı kifayət qədərdir. Bu da yoluxma saylarında artımla nəticələnir".

 

Adil Allahverdiyev Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərdən də danışıb: "Ölkəmizdə əhalinin sayına görə, aparılan test sayı yüksək səviyyədədir. Test saylarının çoxluğu son dərəcə önəmlidir və xəstəliyi gizli keçirənlərin üzə çıxarılmasına imkan verir. Bu, iki cür ola bilər. Bəziləri xəstəliyi zəif, asimptomatik keçirir. Onlar virus daşıyıcısı olsalar da, özlərini sağlam hiss edirlər. İkinci qrup insanlar isə əlamətləri hiss etsələr də yoluxduqlarını düşünmür, soyuqdəymə, qrip olduqlarını deyirlər. Aparılan testlər bunları üzə çıxarır. Ona görə də test sayının çoxluğu xəstəliyin yayılmasının qarşısını almağa kömək edə bilər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub