Koronavirusa yoluxmamaq üçün sosial məsafənin gözlənilməsinin əhəmiyyəti - Araşdırma
31.10.2020 12:23

ABŞ-da aparılan araşdırmaya görə, yeni növ koronavirus (COVID-19) epidemiyasının başladığı mart ayında bu ölkədə sosial məsafədən istifadə qaydası bir həftə əvvəl tətbiq olunduğu təqdirdə Nyu-Yorkdakı xəstəlik sayının may ayının sonuna qədər 80 faiz azaldıla biləcəyi qənətinə gəlinib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Viskonsin Universiteti tərəfindən aparılan tədqiqata əsasən, bu halda may ayının sonunda yoluxma sayı 203 min 261 əvəzinə, 41 min 366 səviyyəsində qala bilərdi. Lakin sosial məsafə bir həftə sonra tətbiq olunsaydı bu rəqəm 7 dəfə artaraq 1,4 milyona çata bilərdi.

 

Tədqiqatın nəticələri epidemiyanın sürətlə yüksəldiyi dövrdə bəzi əyalətlərdə məktəblərin və müəssisələrin bağlanması, izdihamlı toplantılara icazə verilməməsi və evdə qalma kimi ciddi məhdudiyyətlərin müsbət nəticələr verdiyini göstərib.


Sosial məsafəyə necə əməl olunduğunu mobil telefon siqnalları vasitəsi ilə izlədiklərini bildirən araşdırma qrupu ABŞ-ın ən işlək şəhərlərindən biri olan Nyu-York və Viskonsin əyalətindəki daha az hərəkətli iki bölgəni müqayisə edərək COVID-19 tədbirlərinin onun yayılmasının qarşısını almağa təsiri barədə əhəmiyyətli nəticəyə gəldiklərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər