COVID-19 - pnevmoniya deyil: İsraildə fəaliyyət göstərən həkim Rusiyada koronavirusun yanlış müalicə edildiyini iddia edir
30.10.2020 12:12

Rusiyanın Krasnoyarsk diyarında doğulmuş, hazırda İsraildə işləyən həkim Boris Bril koronavirus haqqında Rusiya və başqa ölkələrdə inanılan miflərdən danışıb.

 

Aztibb.az-ın medikforum.ru-ya istinadla məlumatına görə həkim iddia edir ki, koronavirus infeksiyasının sətəlcəmlə heç bir ümumi cəhəti yoxdur.

 

Onun sözlərinə görə, koronavirus infeksiyası pnevmoniyaya deyil, kəskin respirator distress sindromuna səbəb olur.

 

Ekspert hesab edir ki, Rusiyada ağ ciyərlərin virusla zədələnməsini pnevmoniyadan ayırmayaraq yanlış diaqnoz qoyurlar və səhv müalicə metodu tətbiq edirlər.

 

Həkim vurğulayıb ki, virus xəstəlikləri antibiotiklərlə müalicə edilmir, onların profilaktik məqsədlərlə qəbulu heç bir halda qəbul edilmir. Koronavirus zamanı antibiotiklər yalnız ən ağır hallarda təyin edilə bilər: "Süni tənəffüs aparatına qoşulmuş ağır xəstələrin yalnız 6,8%-nə antibiotiklər təyin edilir, çünki bu zaman prosesə bakterial infeksiyalar da qoşulur".

 

B. Bril, həmçinin qeyd edib ki, koronavirus zamanı Rusiyada təyin edilən Arbidol, qalavit, inqaverin, interferon damcıları, vafarinlər bu xəstəliyi müalicə edən preparatlar deyil və tamamilə faydasızdır. QİÇS-ə qarşı preparatlar, vitaminlər, sink, tamiflyu, hidroksixlorxin, plakvenil, azitromisin də COVID-19-un müalicəsi üsulu deyil".

 

Ekspert xəstəliyin yüngül formasının müalicəsi üçün bol isti maye qəbulu, parasetamol, aspirin, ibuprofen, sakitlik və tənəffüs gimnastikasını məsləhət görür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib