Bu rayonda COVID-19-un yayılmasına qarşı nəzarət gücləndirilib
29.10.2020 16:14

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

 

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisindəki ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda mütəmadi olaraq reydlər keçirir, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə izahedici söhbətlər aparırlar.

 

Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət aparan polis əməkdaşları sosial məsafənin gözlənilməsinə nəzarət etməklə yanaşı, sakinlərə tibbi maska paylayırlar.

 

RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub