Kişilərin ağciyər xərçənginə tutulma ehtimalı qadınlara nisbətən daha çoxdur
04.12.2023 12:24

Türk Torakal Dərnəyinin (TTD) Mərkəz İdarə heyəti Üzvü Professor Çağlar Çuhadaroğlu verdiyi açıqlamada, hər il dünyada təxminən 2 milyon insana ağciyər xərçəngi diaqnozu qoyulduğunu və 1,8 milyon insanın bu səbəbdən dünyasını dəyişdiyini bildirib.

Aztibb.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, ağciyər xərçənginin dünyada ən çox ölümə səbəb olan xərçəng növü olduğunu bildirən professor qeyd edib ki, məlumatlara görə, bütün yaş qruplarında ən çox görülən xərçəng növü ağciyər xərçəngidir.

"Nəzərə alsaq ki, diaqnoz qoyulan zaman əksər xəstədə uzaq metastazlar yaranıb, erkən diaqnozun əhəmiyyəti bir daha özünü büruzə verir. İrəli mərhələdə ağciyər xərçənginin 5 illik sağ qalma müddəti erkən mərhələdə olanlarla müqayisədə daha aşağıdır. Ona görə də erkən diaqnoz çox vacibdir. Məlumatlara görə, ağciyər xərçənginə tutulma halları xüsusilə 50 yaş və üstü yaş qrupunda artmaqdadır.Bu da yaşlı əhalinin daha diqqətli təqib edilməsi lazım olduğunu göstərir.

Bütün yaş qrupları arasında kişilərdə ən çox görülən ağciyər xərçəngidir. Qadınlarda ağciyər xərçənginə tutulma nisbəti azdır. 50-69 yaş arası kişilərdə ən çox görülən ağciyər xərçəngidir. 50-69 yaş qrupunda olan qadınlarda ağciyər xərçənginə tutulma nisbəti azlıq təşkil edir.

Ağciyər xərçənginə qarşı ən əhəmiyyətli qorunma üsulunun siqaret və bənzəri məhsullardan istifadə etməmək və onların tüstüsünə məruz qalmamaq olduğunu bildirən Göksel, xəbərdarlıq edib: “Tütün məmulatlarının istifadəsi ilə yanaşı, onların tüstüsünə məruz qalma, asbeste məruz qalma kimi faktorlar var. Ağır metallar və radiasiya ilə havanın çirklənməsi riski artırır”.

Professor ağciyər xərçənginin əmələ gəlməsində hormonal və genetik faktorların rol oynadığını bildirib:

"Ağciyər xərçəngində, xüsusən də siqaret çəkməyən qadınlarda genetik dəyişikliklərin olduğu müşahidə edilir. Bu vəziyyətin əhəmiyyəti odur ki, ağıllı dərmanlar olaraq da bilinən məqsədyönlü müalicələrin bu xəstə qrupunda yaxşı cavab vermə ehtimalı var. Bu gün uğurlu nəticələr erkən mərhələdə ağciyər xərçəngində cərrahiyyə və stereotaktik radioterapiya ilə əldə edilir.

Kimyaterapiyalar hələ də təsirli bir müalicə üsulu olsa da, genetik mutasiyaların aşkar edildiyi adenokarsinoma hallarında məqsədyönlü müalicələr tətbiq edilir. Bu müalicələr xərçəng hüceyrələrinə zərər verməyi və normal hüceyrələrə minimum təsir göstərməyi hədəfləyir".

Ekspert əlavə edib ki, son illərdə immunoterapiyalar ağciyər xərçəngində gözlənilən ömür müddətini əhəmiyyətli dərəcədə uzadıb və ümidverici müalicələrdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər