Marallar arasında yayılan "zombi" virusu insanlar üçün təhlükəli ola bilər
29.12.2023 10:11

ABŞ-da maral populyasiyasının daşıdığı “zombi” virusu insanlara da keçə bilər.

Aztibb.az xəbər verir ki, “Daily Mail” qəzetin yazdığına görə, xəstəliyin müalicəsi yoxdur və son dərəcə yoluxucudur.

Nəşrin məlumatına görə, dəli dana xəstəliyinin bir növü olan bu virusa yoluxmuş erkək maralın meyiti Yellowstone Milli Parkında tapılıb. Xəstəlik beynin funksiyalarını pozur, heyvan xarici stimullara cavab verməyi dayandırır, insanlardan qorxmağı dayandırır, həmçinin ölənə qədər məqsədsiz şəkildə gəzir.

Qəzetdə qeyd edilir ki, hazırda virusun yayılma mexanizmlərini öyrənən mütəxəssislər onun növlərarası maneəni keçərək digər heyvanlara, sonra isə insanlara keçə biləcəyini istisna etmirlər. Bu, etibarlı şəkildə sübuta yetirilməsə də, ovçulara yoluxmuş maralların ətini yeməmək tövsiyə olunub.

Bu günlərdə, Ümumdünya Səhiyyə Təşkilatı JN.1 koronavirusunun yeni variantının yayılması fonunda tədbirlərin gücləndirilməsini tövsiyə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər