Hər il 2,5 milyondan çox qadına döş xərçəngi diaqnozu qoyulur
29.12.2023 15:12

Dünyada bir çox insan döş xərçəngi ilə mübarizə aparsa da, Ümumdünya Səhiyyə Təşkilatı hər il 2,5 milyondan çox döş xərçəngi hadisəsinin baş verdiyinə diqqət çəkib. Bu, döş xərçənginin böyüklər arasında ən çox yayılmış xərçəng növü olduğunu göstərir.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, ÜST-ün məlumatına görə bütün ölkələrin 95 faizində süd vəzi xərçəngi qadınlarda xərçəngdən ölümlərin birinci və ya ikinci səbəbi kimi müəyyən edilir. Döş xərçənginin ən azı 60 faizinə erkən mərhələdə diaqnoz qoyulması üçün ölkələrə milli səviyyədə yaradılmış proqramlara diqqət yetirmələri tövsiyə olunur.

Professor İsmail Hakkı Özerhan döş xərçənginin inkişafına təsir edən genetik, ətraf mühit və həyat tərzi faktorlarını paylaşaraq erkən diaqnozun əhəmiyyətin izah edib:

“Döş xərçəngi üçün bir çox risk faktoru müəyyən edilib. Bu amillərin bəziləri dəyişdirilə bilər, bəziləri isə dəyişdirilə bilməz. Məsələn, döş xərçəngi risk faktorları arasında yaş mühüm rol oynayır. Xəstəlik ümumiyyətlə 25 yaşdan kiçik qadınlarda nadir görülsə də, 50-69 yaş qrupunda onun tezliyi artır. Yeni döş xərçəngi hallarının 50 faizi bu qrupdakı qadınlarda baş verir. Bundan başqa, 40 yaşa qədər qadınların yalnız 3 faizi süd vəzi xərçəngindən dünyasını dəyişir”.

Həkim qeyd edib ki, əgər ana və ya bacı kimi birinci dərəcəli qohumda döş xərçəngi olubsa, yeni nəsldə bu döş xərçəngi riskini artıra bilər. Bununla belə, döş xərçəngi diaqnozu qoyulan qadınların yalnız 5-10 faizində məlum genetik meyl var. Digər tərəfdən, məlum genetik risk faktorları olmasa belə, ailə tarixi naməlum genetik riskin və ya ortaq ekoloji riskin mövcudluğunu göstərə bilər. Bu səbəbdən də döş xərçəngi riskinin qiymətləndirilməsində ailə tarixi mühüm meyardır.

"Əmizdirmə, ilk hamiləlikdə 20 yaşın altında olmaq, idman etmək, antiestrogen müalicəsi, daha əvvəl riski azaldan döş əməliyyatı, süd istehlakı, uşaqlıq boynu xərçəngi tarixi, aşağı sümük mineral sıxlığı, gec ilk menstruasiya, yaş, anovulyasiya (ovulyasiyanın olmaması) və erkən menopoz süd vəzi xərçəngi riskini azalda bilən amillərdəndir. Əlbəttə ki, erkən diaqnostika süd vəzisi xərçənginin qarşısını almağın ilk yolu olaraq qalır”, – deyə professor xatırladıb.

Əlavə edib ki, döş xərçəngi müayinəsində istifadə edilən görüntüləmə üsulları arasında mamoqrafiya, ultrasəs və maqnit rezonans (MRT) var. Erkən diaqnozda mammoqrafiya skrininqinin faydasının sübut olunduğu da məlumdur. Ancaq hər bir diaqnostik üsulda olduğu kimi xərçəng diaqnozunda da skrininq üsullarının faydaları və zərərləri nəzərə alınmalıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər