ÜST: Dünyada 4 milyard insan denqe qızdırması virusuna yoluxma riski altındadır
24.12.2023 16:42

Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransında dünyada denqe qızdırması halları ilə bağlı qiymətləndirmələr edilib.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, denqe qızdırmasının insanlara yoluxmuş ağcaqanadların dişləməsi ilə bulaşan ən çox yayılmış viral infeksiya olduğuna diqqət çəkilib. Bu xəstəliyin daha çox tropik və subtropik iqlimlərdə şəhər yerlərində müşahidə edildiyi ifadə edilib.


Dünyada təxminən 4 milyard insan denqe virusuna yoluxma riski altındadır. Açıqlamalarda qeyd edilib ki, bu xəstəliyə yoluxanların çoxunda simptomlar yoxdur.


Denqe qızdırmasının əlamətləri arasında yüksək hərarət, baş ağrısı, bədən ağrıları və ürəkbulanma olur. Xəstələrin çoxunun təxminən 2 həftə ərzində sağaldığı, bəzilərində isə bunun ciddi bir xəstəliyə çevrilə biləcəyi qeyd edilib.


Hazırda denqe qızdırmasının spesifik müalicəsi yoxdur, lakin erkən diaqnoz və müvafiq tibbi yardıma əlçatanlıq ağır denqe qızdırmasından ölüm ehtimalını azaldır.


Xəstəliyin başlanğıcından bəri bütün dünyada beş milyondan çox yoluxma hadisəsi və 5000-dən çox ölüm halı qeydə alınıb. İndiyədək 4,1 milyon denqe qızdırmasına yoluxma hadisəsi izlənib.


Ümumiyyətlə "yağışlı dövrlər" kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hallar artır.


Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, mümkün çoxalma sahələrinin daim dezinfeksiya edilməsi lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər