11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
22.04.2024 14:37

Hələ ana bətnində inkişaf mərhələsində körpədə ikinci-üçüncü dərəcəli hidronefroz aşkarlanmışdı. Dünyaya gəldikdən sonra körpəyə obstruksiyanı aradan qaldırmaq üçün stent qoyulmuşdu. Lakin, stentin çıxarılmasından sonra hidronefrozun üçüncü-dördüncü dərəcəyə qədər kəskinləşməsi müəyyən olundu.

 

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov sosial şəbəkədə məlumat paylaşıb.

 
Məlumatda bildirilir: "Körpənin yaşını nəzərə alaraq, biz radikal açıq əməliyyat olan Ureteroneosistostomiyanı həyata keçirdik. Əməliyyatdan sonrakı dövr problemsiz keçdi. Hal-hazırda körpə heç bir fəsadsız evə buraxılıb. Bir müddət dinamiki USM nəzarətində olacaq.

 

Mərkəzi Klinikanın Uşaq cərrahiyəsi və urologiyası bölməsinin kollektivi doğulduğu ilk gündən 18 yaşınadək bütün uşaqları əməliyyat edir".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev