Qripə yoluxmamaq üçün ən təsirli qorunma yolu peyvənddir
02.01.2024 14:38

Mövsümlə əlaqədar rast gəlinən xəstəliklər içərisində ilk sırada kəskin respirator virus infeksiyaları adlanan xəstəliklər qrupu dayanır. Payız və qış aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi bu aylarda immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.

 

Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi Orxan Rzayev məlumat verib.

 

Onun sözlərinə görə, xəstəlik asqırma, öskürmə, boğazda ağrı, burun tutulması, burunaxması, qızdırma, əzələ ağrıları ilə müşayiət olunur. Ancaq xüsusilə hamilələr, yaşı 50-dən yuxarı olanlar, ağciyər, ürək xəstəliyi olanlar, eləcə də böyrək, qaraciyər çatışmazlığı olanlar, xərçəng, diabet kimi xəstəliklərə sahib insanlar immun sistemi zəif olanlar qripin təsirinə daha çox məruz qalırlar.

 

Orxan Rzayev əlavə edib ki, immun sistemini yaxşı vəziyyətdə saxlamaq üçün zərərli vərdişlərdən (siqaret çəkmək kimi) uzaq olmalıyıq, balanslı qidalanma, yüngül idman etmək, stresdən uzaq olmaq, günün çox hissəsini təmiz havada olmaq, yaxşı yuxu yatmaq bizi xəstəliklərdən qoruyan immun sistemimizi ən yüksək qorumalı vəziyyətdə saxlayır.

 

"Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir.


Mövsümi qrip xəstəliyinə qarşı peyvənd olunmaqla xəstəliklərdən qorunmaq olar”, - deyə həkim bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib