Dəmir tərkibli qidaları niyə C vitaminli qidalarla birlikdə qəbul etməliyik?
02.01.2024 13:28

Dəmir insan orqanizmi üçün ən vacib minerallardan biridir. Qana oksigeni daşımaq, enerji ilə təmin etmək, beyin fəaliyyətini yaxşılaşdırmaq kimi bir çox mühüm funksiyaları yerinə yetirir.

 

Həkim endokrinoloq Fərhad Burzu Aztibb.az-a bildirib ki, element orqanizmə qida vasitəsi ilə daxil olur.

 

Onun sözlərinə görə, qidalardan əldə edə biləcəyimiz dəmirin iki növü var. Orqanizm tərəfindən asanlıqla mənimsənilə bilən heme-dəmir ət, quş əti, balıq və dəniz məhsulları kimi heyvan mənşəli qidalarda olur.
Qeyri-heme dəmir, vücudumuz tərəfindən çətin mənimsənilir, meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, tam taxıllar, qoz-fındıq, toxum və paxlalılar kimi bitki qidaların tərkibində mövcuddur.

 

Endokrinoloq əlavə edib ki, C vitamini tərkibli qidalar orqanizimin dəmiri mənimsəməsini artırır. Buna görə də C vitamini yüksək olan qidaları (sitrus meyvələri, çiyələk, pomidor, bibər və s.) dəmirlə zəngin bitki qidaları ilə yanaşı istifadə etmək faydalıdır.

 

"Veganlar və vegetarianlar aşağı dəmir riski altındadır.
Heyvan mənşəli heç bir qida yemirsinizsə, dəmirlə zəngin bitki mənşəli qidalara üstünlük verməlisiz. Çünki, bədəndə dəmir azlığı anemiya, yorğunluq, başgicəllənmə və digər sağlamlıq problemlərinə səbəb ola bilər", - deyə o, əlavə edib.

 

Fərhad Burzu qeyd edib ki, dəmir çatışmazlığını müalicə etmək üçün istifadə olunan dərmanlar adətən dəmir əlavələridir. Bu əlavələr dəmir çatışmazlığını düzəltmək və bədəndəki dəmir ehtiyatlarını doldurmaq üçün istifadə olunur. Dəmir əlavələri həzm sisteminin pozulmasına və qəbizliyə səbəb ola bilər, ona görə də, dəmir əlavələri qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev