Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib
28.10.2020 10:58

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının iclası keçirilib.

 

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

 

Tədbirdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin statusu və gələcək fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması üzrə komissiya yaradılması haqqında məsələyə baxılıb və müvafiq qərar qəbul edilib.

 

Daha sonra institut direktorları AMEA-da magistraturaya yeni qəbul edilmiş gənclərin təhsilinin və elmi tədqiqatlarının təşkili haqqında məlumat veriblər. Akademik İradə Hüseynova bölmədə Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və Botanika institutları ilə yanaşı, növbəti ildə daha üç institutda magistratura təhsilinin aparılacağını qeyd edib və 2021-2022-ci tədris ili üçün qəbul sifarişlərinin təqdim edildiyini bildirib.

 

Həmçinin BTEB-in institutlarında doktorantura və dissertanturaya növbət qəbulun təşkili və keçirilməsi məsələsinə baxılıb.

 

İnstitutlarda qəbul prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkili ilə bağlı tapşırıqlar verilib.

 

Daha sonra bölmənin bəzi əməkdaşlarının BTEB-in Fəxri fərmanına layiq görüldüklərini diqqətə çatdıran akademik İradə Hüseynova təltif edilən alimlərin elmi fəaliyyətlərini yüksək qiymətləndirib. Pandemiya dövrü ilə bağlı qaydalar nəzərə alınaraq Fəxri fərmanların təqdimatı təxirə salınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub