Fastfud hormonlarınızı məhv edir!
14.12.2023 11:00
Araşdırmalara görə, tərkibindəki kimyəvi maddələrin hesabına, fastfud (hazır yeməklər, küçə yeməkləri) hormonlarımızın bilavasitə məhv olunmasına səbəb olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 
Endokrinoloq bildirib ki, araşdırma əsnasında çizburger və toyuq buritolarının tərkibində kimyəvi maddələrin çox olduğu göstərilib.
 
"Texas ştatının San Antoniyo şəhərində aparılan bu yeni araşdırmada 6 ayrı restorandan, pizza və burger kafelərindən 64 qida nümunəsi, eləcə də yeməklərin hazırlanmasında istifadə edilən əlcəklər götürülüb. Bütün bu nümunələrdə ftalatın və buna bənzər kimyəvi maddələrin olub olmaması araşdırılıb. Bütün məhsulların 81% -də ftalat, dinbutilftalat (DnBP), 70 %-də isə di-ftalat (DEHP) mövcuddur və ən dəhşətlisi bu kimyəvi maddələr sonsuluğa aparan səbəblərdəndir. Ən çox isə bu kimyəvi maddələrin ət məhsullarının tərkibində olduğu aşkarlanıb.
 
Bu araşdırmanın nəticələri Journal of Exposure Science and Environmental Epidemiology-da bu həftə dərc olunub.
 
Araşdırmanın özəti olaraq, mümkün qədər ev şəraitində yeməkləri özünüzün hazırlanmasını məsləhət görürlər", - deyə Fərhad Burzu qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev