DASH pəhrizi: Qan təzyiqinizi aşağı salmaq üçün sağlam qidalanma
16.12.2023 09:44
DASH (Dietary Approaches to Stop Hypertension) yüksək təzyiqin qarşısını almaq və ya müalicə etmək üçün nəzərdə tutulmuş sağlam qidalanma planıdır. O, həmçinin ürək xəstəliyi riskini və xolesterolu azaltmağa kömək edir.
DASH yemək planı heç bir xüsusi qida tələb etmir, bunun əvəzinə gündəlik və həftəlik qidalanma məqsədlərini təmin edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 
Həkim qeyd edib ki, DASH pəhrizinin əsas prinsipi duz qəbulunu azaltmaq, şəkər və sadə karbohidratları məhdudlaşdırmaq və onları lif, maqnezium, kalium, kalsiumla zəngin qidalarla əvəz etməkdir.
 
DASH pəhrizində nə yemək lazımdır?
• Çiy və bişmiş tərəvəzlər və göyərtilər;
• Meyvələr;
• Tam taxıllar;
• Quş əti (toyuq, hinduşka və s.);
• Balıq və dəniz məhsulları;
• Az yağlı süd və süd məhsulları;
• Məhdud miqdarda paxlalılar;
• Çərəzlər;
 
DASH pəhrizində minimuma endirilən qidalar 
• Yağlı ətlər;
• Emal edilmiş ət və ət məhsulları;
• Un, düyü, makaron və zərif karbohidratlar;
• Şirniyyatlar və şəkərlə zənginləşdirilmiş içkilər;
• Alkoqol və spirt tərkibli içkilər;
• Fast food və hazır yeməklər;
 
Fərhad Burzunun sözlərinə görə, NIH tərəfindən dəstəklənən DASH pəhrizi “sağlam ürək” və “sağlam qidalanma” reytinqlərində (39 diet növü arasında) birinci yerdədir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev