"Biz hələ ölkəmizə koronavirusla bağlı heç bir peyvənd gətirməmişik" - TƏBİB
27.10.2020 17:28

“Biz hələ ölkəmizə koronavirusla bağlı heç bir peyvənd gətirməmişik və gətirmək fikrimiz də yoxdur. Biz gözləyirik, məqsədimiz odur ki, həqiqətən immunitet yarada bilən və əks təsiri olmayan peyvənd istehsal olunsun və onu ilk ala bilən ölkələrin sırasında olaq”.

 

Bunu REAL TV-yə açıqlamasında TƏBİB-in departament rəhbəri Yaqut Qareyeva bildirib. O, peyvəndlərin fəsadlarından da danışıb və qeyd edib ki, bəzən adi bir qidadan da allergik reaksiya ola bilir:

 

“Unutmamalıyıq ki, hər bir dərman preparatının əks təsiri var. Peyvənd də dərman vasitəsidir, individual olaraq bir qrup insanda fəsad törədə bilər. Adətən virus peyvəndləri texnoloji olaraq toyuq yumurtası hüceyrələrində əmələ gətirilir və bununla bağlı yumurtaya, toyuq və ya ətə allergiyası olan şəxslərlə bağlı qeyd olur. Amma bununla belə, bütün mərhələlərdən keçmiş peyvəndlərdən qorxmamalıyıq”. 

 

TƏBİB rəsmisi son həftələr Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlərin artmasının səbəblərindən də danışıb və bildirib ki, bu, insanların davranışları ilə bağlıdır:

 

“Biz gözləyirdik ki, payız-qış aylarında havalar soyuduqca virusa yoluxma statistikasında artım olacaq. Lakin hələ hava soyumayıb. Deməli, burada daha çox davranış problemləri var. Sentyabrda rəqəmlərin aşağı olması nəticəsində insanlarda bir rahatlanma var idi. Bir də bizdən asılı olmayaraq, son bir ayda insanların kütləvi bir yerə toplanması, maskadan istifadə olunmaması, fiziki məsafənin unudulması xəstəliyin artmasına səbəb olub”. 

 

Y. Qarayeva əlavə edib ki, hazırda 200-dən çox koronavirus xəstəsi intensiv terapiya şöbəsində müalicə alır və onlardan 42 nəfəri süni tənəffüs aparatına qoşulub. Lakin yoluxanların çoxunun xəstəliyi yüngül keçirməsi və ev şəraitində müalicə alması sevindiricidir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub