Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı AKSİYA
15.11.2023 10:00
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunan aksiya keçirilib.
 
Aztibb.az-a İSİM-dən bildirilib ki, aksiyanın məqsədi şəkərli diabet xəstəliyi və onun profilaktikası barədə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.
 
Tədbirdə ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində qəbul edilən dövlət proqramları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzini təbliğ edən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb.
 
 
Aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin səviyyəsinin müəyyən olunması) dəvət edilib. Vurğulanıb ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi meydana çıxır. Bu isə, orqanizmin əksər sistemlərinin zədələnməsinə səbəb olur. Şəkərli diabetin əsas risk amillərinə isə, artıq çəki, azhərəkətlilik, yaxın qohumlarda xəstəliyin olması, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, stres, qeyri-sağlam qidalanma və s. faktorlar aiddir.
 
Aksiyada, həmçinin düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib. Bu mövzulara dair İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.
 
Ümumdünya Diabetlə Mübarizə Günü 1991-ci ildən etibarən dünyanın 160-dan çox ölkəsində, o cümlədən Azərbaycanda hər il müxtəlif tədbirlərlə qeyd edilir, diabetdən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub