Çin Tibbi Avadanlıqlar Assosiasiyasının şirkətlərindən ibarət nümayəndə heyəti Yeni Klinikada olub
14.11.2023 16:26
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika ilə Çin Tibbi Avadanlıqlar Assosiasiyasının şirkətlərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
 
Yeni Klinikadan Aztibb.az-a verilən məlumata görə, tibb sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək məqsədilə təşkil olunan görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, inzibati işlər üzrə direktor müavini İlqar Mustafayev, TƏBİB-in nümayəndə heyəti və digərləri iştirak ediblər.
 
Şüa diaqnostikası, müalicə, laborator müayinə, tibbi avadanlıqlar və s. kimi mövzuların müzakirə olunduğu görüşdə klinikanın direktoru Barat Yusubov əvvəlcə klinikanın fəaliyyət istiqaməti, hədəfləri və tibb müəssisəsindəki müasir standartlara cavab verən tibbi avadanlıqlar haqqında məlumat verib.
 
Müasir dövrdə tibb elminin bütün sahələrində böyük inkişafın müşahidə olunduğunu qeyd edən Barat Yusubov tibbdə qabaqcıl innovativ texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb.
 
Klinikanın maddi-texniki bazasının ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmasının vacibliyini bildirən nümayəndə heyəti qarşılıqlı əməkdaşlığın daha da faydalı ola biləcəyini qeyd edib.
 
Xəstəxananın iş prinsipi və əsasən istifadə olunan tibbi avadanlıqarla tanış olmaq istəyən Çin Tibbi Avadanlıqlar Assosiasiyasının şirkətlərindən ibarət nümayəndə heyəti sonda klinikanın bir sıra şöbələrini ziyarət edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub