Boğaz ağrısı zamanı xalq təbabəti üsulları
25.10.2020 09:52

Fəsil dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə payız və qış mövsümü orqanizmin xəstəliklərə qarşı ən həssas olduğu dövr sayılır. Həmin aylarda immun sistemi zəif olanlarda bir sıra problemlər özünü göstərir. Elə bu səbəbdən də mütəxəssislər həmin aylarda diqqətli olmağı məsləhət görürlər.

 

Aztibb.az xəbər verir ki, boğaz ağrıları soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır və həmin narahatlıq əksər hallarda boğazın iltihabi prosesi şəklində üzə çıxır. Bu zaman adətən bir çox təbii vasitələr, türkəçarə ilə müalicələr üstünlük təşkil edir.

 

Boğaz ağrılarının ən geniş yayılmış səbəbi soyuqdəymə və qrip hesab olunur. Digər bir səbəbi isə bakterial infeksiyalardır.

 

Bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda, effektli prosedurdur.

 
Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır. Qarqara selikli qişanı yumşaldır, iltihabı azaldır və selikli qişanın zədələnmiş sahələrini sağaldır.
 

Qarqara üçün bu kimi məhlullar istifadə oluna bilər:

- Duz məhlulu qarqarada çox təsirli vasitədir. 1 stəkan ilıq suda 1 çay qaşığı duzu (dəniz duzu daha yaxşıdır) əridin və qarqara edin. Bəzən bu məhlula yod da əlavə edilir. Lakin qalxanvari vəzidə pozulmaları olan və allergiyaya meyilli insanlar yoddan istifadə etməməlidir. Həmçinin kiçik yaşlı uşaqlarda və hamilə qadınlarda yodla qarqaralar istifadə olunmur;

 

- Soda məhlulu. 1 stəkan ilıq suya 1 çay qaşığı soda əlavə edin və qarqara edin;

 

- Çobanyastığı da güclü antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur;

 

- Adaçayı otu ilə qarqaralar da çox effektlidir (1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir);

 

- Kalendula və evkalipt otlarından 1 çay qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur;

 

- Alma sirkəsi ilə qarqara da sadə, eyni zamanda effektli vasitədir. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə olunur;

 

- Sarımsaq təbii antiseptik və antibakterial vasitədir. 2-3 diş sarımsaq 1 stəkan ilıq suya sıxılır və qarqara edilir.

 

Qeyd edək ki, yalnız qarqaranın köməyi ilə iltihabdan azad olmaq mümkün deyil. Bu vasitə əsas müalicə ilə yanaşı köməkçi vasitə kimi istifadə oluna bilər.

 

Tonzillitin (angina) müalicəsində isə mütləq antibakterial preparatlardan (antibiotiklər) istifadə olunmalıdır. Əks halda bu ciddi ağırlaşmalara səbəb olacaq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib