Corabla yatmaq zərərlidirmi?
10.11.2023 15:59

Bir çox insan, gecələr corabla yatmağı vərdiş halına gətirib. Dərin yuxu üçün ayaqlarını isti tutmaq vacibdir, lakin bunun zərərli ola biləcəyini də düşünməlisiniz.

 

Aztibb.az xəbər ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti Sevinc Şirinova bildirib ki, corabla yatmaq vücudunuzun dövran sisteminə mənfi təsir göstərə bilər. Yataqda dar və çox qalın, sərt corabla yatmaq vücuda mənfi təsir göstərir. Belə ki uzunmüddət corabla yatmaq, ayağınızda göyərmələrə, ağrılara yol aça bilər.

 

Həkim qeyd edib ki, corabla yatmaq allerjik reaksiyalara da səbəb ola bilər. Buna səbəb isə corabın materialıdır. Nə qədər yuyucu tozla yuyulub qurulansa da tərkibində az da olsa kimyəvi maddə mövcud olur. Bu da allerjik təsirlərə məruz qalmağınıza səbəb olur.

 

"Corabla yatmaq dırnaq batmalarına yol aça bilər. Əgər corabla yatmaq sizin üçün bir vərdişdirsə, irəliləyən illərdə dırnaq problemləri ilə qarşılaşa bilərsiniz. Dırnaq batması və dırnaq forma pozğuntuları corabla yatmağın gətirdiyi zərərlər sırasındadır. Həmçinin dırnaqda yara və iltihablanma ciddi ağrılara yol aça bilər.

Əgər vərdiş halına gətirmisinizsə yaxşı olardı ki, nazik corabla yatasınız. Bu, daha az zərər riski deməkdir", - deyə S.Şirinova bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub