Aşağı nəbz xəstəlikdirmi?
09.11.2023 10:35

Normal ürəkdə nəbz dəqiqədə 60-100 dəfə təkrar olunur. Ürək vurğularının sayının 60 dan az olması bradikardiya kimi qiymətləndirilir.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Həkim bildirib ki, əgər insan fiziki olaraq sağlamdırsa və mütəmadi idmanla məşğul olursa, onda ürək vurğularının sayının 60 dan az olmasına baxmayaraq orqanların qan dövranında elə bir problemi olmur.

 

"Daimi idman edən birində nəbz dəyərləri 45/50-yə qədər düşə bilər", - deyən C.Gülmalıyev əlavə edib ki, sinir sistemi xəstəlikləri, miokard infarktı, qalxanvari vəzi funksiyasının azalması hipotireoz) və bəzi dərman preparatlarının təsiri nəticəsində nəbzimiz aşağı düşə bilər.

 

Uzman həkim qeyd edib ki, aşağıdakı hallarda nəbzin aşağı olması təhlükəli deyil:
İnsan dərman qəbul etmirsə;
Ürək getməsi yoxdursa;
İnsan mütəmadi olaraq idman edirsə.

 

"İnsanın normal nəbzi daimi olaraq aşağıdırsa - bu aşağı nəbz xəstəlik əlaməti deyil", - deyə G.Gülmalıyev vurğulayıb.

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub