Gələn il üçün səhiyyə xərcləri artırılır
02.11.2023 08:49

Növbəti ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 66,3 milyon manat və ya 3,7 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 453,4 milyon manat və ya 32,0 faiz çoxdur.

 

Aztibb.az-ın "Report"-a istinadla xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi isə 1,6 faiz (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.

 

2020-ci illə müqayisədə (koronavirus pandemiyasına ayrılan vəsait istisna olmaqla) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz-bənd, mütləq ifadədə isə 552,7 milyon manat və ya 41,9 faiz artıb.

 

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1376,0 milyon manatı (2023-cü illə müqayisədə 112,2 milyon manat və ya 8,9 faiz çox) və ya 73,5 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə, 2,2 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 231,5 milyon manatı və ya 12,4 faizi xəstəxanaların saxlanılması xərclərinə, 9,5 milyon manatı və ya 0,5 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə yönəldiləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib