Davamlı olaraq smartfondan istifadə hansı problemlər yarada bilər?
23.10.2020 17:41

Müasir dövrdə gündəlik həyatımızı smartfon və qadcetlərsiz təsəvvür etmək çətindir. Bu qurğularla işləməyi azaltmaq istəsək də, onlar həyatımızda möhkəm yer alıb. Bu cihazların davamlı istifadəsi nəticəsində isə yüklənmə stressi və zədələnmə yarana bilər. Bu “text neck” sindromu adlandırılır. Əzələdə, boyunda, kürəkdə, çiyinlərdə ağrılar yeniyetmələrdə də rast gəlinir. Son zamanadək boyun ağrıları ilə daha çox yaşlı pasiyentlər müraciət etsə də, hazırda cavan pasiyentlərin sayı artır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova məlumat verib.

 

O, bildirib ki, smartfona baxanda başı aşağı tutmaq boynun neytral və təbii pozisiyasını pozur.  Bir müddət keçəndən sonra boyun əzələləri dartılır və bu, boyun strukturlarının zəifləməsinə və sıradan çıxmasına səbəb olur. Boyun əzələlərimiz düz pozisiyada başımızın çəkisini saxlamaq üçün (5 kq) hesablanıb. Başınızı qabağa aparanda bu yük bir neçə dəfə artır və çənəniz sinəyə yaxınlaşanda 30 kiloya qədər arta bilir.  Əzələ ağrısına əlavə olaraq “text neck” sindromu da narahatlıq yarada bilər. Həmçinin, smartfonla işləyəndə düzgün olmayan qamət ağciyərin normal ventilyasiyasına da müəyyən əngəl yaradır.

 

Həkim-fizioterapevt bu problemdən qurtulmağın yollarını izah edib: "Smartfonu istifadə etdikdə başınızı aşağı əyməyin və qamətinizə fikir verin. Ekranı göz səviyyəsində tutun. Əlbəttə, bu narahat pozisiyadır, lakin smartfonlar erqonomik olaraq uzunmüddətli iş üçün hesablanmayıb", 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib