Xroniki öskürəyin səbəbləri və aradan qaldırılması yolları
06.11.2023 09:43
2 aydan çox davam edən öskürək - xroniki öskürək adlanır. Xroniki öskürəyin tənəffüs yolları xəstəlikləri ilə bağlı olan səbəbləri müxtəlifdir və çoxlarımıza bəllıdır. Bunlara burun-boğaz orqanları ilə bağlı problemlər, bronxitlər, bronxial astma və xroniki obstruktiv ağciyər xəstəlıyi, bronxoektaziyalar, ağciyər vərəmi və s. aiddir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Fəridə Rzayeva “Xroniki öskürəyin səbəbləri və aradan qaldırılması yolları” mövzusunda məlumat verərkən deyib. 
 
Terapevt bildirib ki, xroniki öskürək yalnız qıcıqlanma deyil. Xroniki öskürək yuxuya mane ola bilər. Xroniki öskürəyin ağır hallarında qusma, başgicəllənmə və hətta qabırğaların qırılması baş verə bilər. Lakin xroniki öskürəyin həm də tənəffüs yolları ilə bağlı olmayan səbəbləri də kifayət qədər çoxdur. Bunlardan ən yayılmışı qastroezofageal reflyuks xəstəlıyidir. Bu problemi olan şəxslərdə adətən öskürək qida qəbulundan sonra və yatarkən artır, ağızda acılıq, mədə qıcqırması kimi şikayətləri olur, artıq çəkılı yaxud da ağır fiziki işlə məşqul olanlarda, mədə - qida borusu yırtığı diaqnozu qoyulmuş şəxslərdə olur.
 
"Bəzən reflyuks xəstəlıyi olanların ümumən mədə ilə şıkayəti olmaya da bilər, lakin bəzi müayinələr bu duaqnozu qoymağa əsas verir. Öskürəyin məhz reflyuksla əlaqəlı olması müəyyən edildıkdən sonra pəhriz, yuxu rejimi, yatarkən qida qəbul etməmək və yastığı hündür etmək kimi tövsiyələrlə yanaşı mədə turşuluğunu neytrallaşdıran dərman vasitələrinin təyini öskürəyin aradan qalxmasına və xəstənın həyat keyfiyyətinə müsbət təsir göstərir", - deyə Fəridə Rzayeva əlavə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub