Onkoloq: "Mastopatiyaya müalicə lazım deyil, sadəcə nəzarət olunmalıdır"
03.11.2023 09:53
Mastopatiya - süd vəzinin normal bir quruluşudur, xəstəliyi deyildir. Mastopatiya süd vəzi paycıqları arasında fibrokistik dediyimiz, yəni içində kistalar olan və zaman-zaman qadınlarda ağrı verən bir prosesdir. 
 
Bu barədə Aztibb.az-a məlumat verən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrah-onkoloqu Süleyman Musayev bildirib ki, bir çox qadınlar mastopatiya sozünün anlamını bilmirlər: "Onlara elə gəlir ki, həkim mastopatiya diaqnozunu yazdısa, deməli süd vəzilərində hər hansı bir şiş, törəmə və ya bir kütlə vardır, lakin belə deyildir. Mastopatiyanın ən çox rast gəldiyim formaları diffuz mastopatiya, diffuz-düyünlü mastopatiya, diffuz-düyünlü hiperplaziya, fibroz-kistoz mastopatiya fonunda süd vəzinin fibroadenoması kimi hallarıdır".
 
Onkoloq qeyd edib ki, mastopatiyadan qorxmaq lazım deyil. Sadəcə olaraq, mastopatiya zamanı süd vəzinin paycıqları arasında hər hansı bir kütlə, düyün olarsa, o zaman ultrasonda aşkara çıxarılır və törəmənin növünə gorə həkimlər (radioloq, USM ve mammoloq) tərəfindən aşkar edilir.
 
Süleyman Musayevun sözlərinə görə, mastopatiyaya müalicə lazım deyil, sadəcə nəzarət olunmalıdır!
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub