Parazit əleyhinə ən təsirli bitkilər
23.10.2020 15:48

Qidalanma insanın sağlamlığında mühüm rol oynayır. Qəbul etdiyimiz hər bir qida orqanizmdə olan parazitlərə də öz təsirini göstərir. Vaxtlı-vaxtsız qidalanma, şirniyyatlar, immunitetin aşağı düşməsi parazitlərin imkişafı üçün ideal mühit hesab olunur. Bəzi qidaların isə çox qəbul edilməsi bağırsaqlarda olan qurdaların və parazitlərin məhvinə səbəb olur. Bu bitkilər parazit əleyhinə təsir göstərir.

 

Gülxətmi

Parazit əleyhinə gülxətminin kökündən istifadə edilir. Gülxətmi kökünün dəmləməsi birhüceyrəli parazitlərin qandan, nəfəs orqanlarından, plazmadan, sidik yollarından təmizlənməsinə səbəb olur. Gülxətmi kökünün dəmləməsinin sinir sistemi orqanlarına faydası çox böyükdür. Bu da dəmləmənin orqanizmdəki parazitlərə təsiri geniş sahəlidir. Gülxətmi dəmləməsinin tərkibində həyat üçün əhəmiyyətli maddələr vardır.

 

Reyhan

Reyhanın parazit əleyhinə təsiri yüksəkdir. Onun həm təzəsi, həm də qurumuşunu qəbul edilən qidaların üstünə səpib yemək bağırsaqlardakı parazitlərin məhv olmasına səbəb olur.

 

Zirinc

Zirincin həm özü, həm kökü parazit əleyhinə təsirə malikdir.  Zirinci çiy halda salatlara əlavə etmək, bişmiş halda isti yaməklərdə qəbul etmək qara ciyər daxilində olan parazitləri belə məhv edir. Zirincin qara ciyəri süzmək qabiliyyəti vardır. O, qaraciyəri artıq piylərdən xilas edir, qanı təmizləyir və parazitləri məhv edir.

 

Mixək

Mixək çayı bakteriyalar, viruslar, bağırsaq qurdları və parazitlər əleyhinə təsirə malikdir. Mixəyin parazit əleyhinə təsir göstərməsi qanın plazmasında da özünü göstərir. Mixək çayı hətta faringit, haymorit, laringit, diş ağrıları və impotensiya zamanı qəbul edilir. Mixək çayı ağ ciyərləri, mədəni və limfa sistemini təmizləyir.

 

Nar  

Narın qabıqlarını qaynatdıqdan sonra ağız boşluğunda olan bakteriyalara və yaralara qarşı, bağırsaqlardakı parazit və qurdlara qarşı, göbələk xəstəliklərinə qarşı istifadə etməkdə fayda var. Nar qabıqlarının dəmləməsi orqanizmin bütün orqanlarında parazit və qurd xəstəliyi əleyhinə təsir göstərir. Bu məqsədlə nar qabıqlarının çayı, dəmləməsi, hətta yağından da istifadə edilir.

 

Çiyələk yarpaqları

Çiyələk bitkisinin yarpaqlarınən dəmləmələri bağırsaqlardakı qurdları tökülməsinə səbəb olur. Bunlarla yanaşı, söyüd kökü, kəklikotu, zəncəfil, sarıkök, yabanı armud, kalendula, gicitkən, dıfnı yarpağı, balqabaq tumu, qırmızı acı bibər də parazitlərin və qurdların tökülməsinə yardım edir.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib