Geyim və qidadan COVID-19-a yoluxma ehtimalı var? - Virusoloqdan İZAH
23.10.2020 14:16

Koronavirusa geyim və qida ilə yoluxma ehtimalı çox azdır.

 

Aztibb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Seçenov Universitetinin Tibbi Parazitologiya, Tropik və Vektorlu Xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev deyib.

 

O, bildirib ki, COVID-19-a yoluxmaq üçün müəyyən dozada virusun bədənə daxil olması şərtdir:

 

“Paltarlara, mağazadakı ərzaq məhsullarına, saçlara düşən hər hansı bir virus istənilən halda yüksək dərəcədə seyrələcək, qatılığı yüz dəfələrlə azalacaq. Beləliklə, belə bir infeksiya ehtimalının son dərəcə az olduğuna görə gündəlik həyatda bu nəzərə alınmamaldır”, - deyə, viroloq izah edib.

 

Bundan əvvəl Avstraliya Xəstəliklərinə Hazırlıq Mərkəzi müxtəlif səthlərdə koronavirusun ömrünü hesablamışdı. Şüşələrdə, əskinaslarda, paslanmayan poladdan hazırlanmış əşyalarda virusun  bir aya qədər aktiv qala biləcəyi qeyd edilmişdi.

 

Alimlərin fikrincə, ən böyük təhlükə insanların nizamsız şəkildə dezinfeksiya etdiyi smartfon ekranlarıdır.

 

Xatırladaq ki, sentyabr ayının sonunda Çin gömrük orqanları Rusiyadan idxal olunan məhsulların nümunələrində və xarici ambalajlarında koronavirus hissəcikləri aşkar etmişdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub