Beyin hüceyrələrini cavanlaşdıran TƏBİİ ŞİRƏ
23.10.2020 10:57

İllər keçdikcə orqanizmdə müxtəlif patoloji izlər yaranır. İnsan yaşlandıqca bütün orqanları da yaşlanır və öz əvvəlki funksiyasını lazımınca yerinə yetirə bilmir. Bu ən çox da beyin hüceyrələrində özünü göstərir.

 

Aztibb.az xəbər verir ki, orta yaşdan yuxarı olanlar və arterial təzyiqdən əziyyət çəkənlərin bu təbii şirəni qəbul etməsi bir çox baş və beyin xəstəliklərindən xilas edə bilər.

 

Amerikanın Ueyk-Forest Universitetinin alimi Cek Redjeski qırmızı çuğundur şirəsinin insan beyninə təsirini sübut edib. Onun araşdırmaları çuğundur şirəsinin yaşla, təzyiqlə və müxtəlif xəstəliklərlə əlaqədar beyində əmələ gələn problemləri həll etdiyini təsdiqləyib.

 

Çuğundur şirəsinin tərkibində vitaminlər, nutrienlər, nitratlar, azotlu birləşmələr və mikroelementlər var. Çuğundurun tərkibindəkilər orqanizmdə müxtəlif monoksid azotlu birləşmələr əmələ gətirir. Bu da damarların genişlənməsinə və yaxşı qan dövranına səbəb olur. Universitetin alimləri davamlı olaraq çuğundur şirəsi içən insanların beynində oksigen aclığı olmadığını aşkar ediblər. Bu da onların beyinlərinin yaxşı işləməsinə və beyin hüceyrələrinin gec ölməsinə səbəb olur. Davamlı olaraq çuğundur şirəsi içmək yaşlı adamlarda kapillyarların tutulmamasına səbəb olur. Çuğundur şirəsi üstündə araşdırmalar aparan alimlər şirənin tərkibində olan nitratların beyində azot oksidinə çevrilməsini sübut ediblər.

 

Alimlər bu araşdırmanı 55 yaşında olan və arterial təzyiqdən əziyyət çəkən 26 kişi və qadın üzərində aparıblar. Bu insanların yarısı həftədə 3 dəfə qaçış zamanı çuğundur şirəsi qəbul edib, digərləri isə çuğundur dadı və iyi olan rəngli su içiblər. Araşdırmaların nəticəsi isə çuğundur şirəsi içən adamların qan damarlarının fəaliyyəti yaxşılaşdığına görə onların arterial təzyiqi aşağı düşdüyünü göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib