Gecə tərləmələri nədən baş verir?
23.10.2020 09:47

Tərləmək insan bədəninin təbii yollarla sərinləməsidir. Tərləmə ən çox isti havalarda müşahidə edilir. Ancaq tərləmənin hansı vaxtda baş verməsi çox önəmlidir.

 

Bəzi insanlarda gecə yatarkən tərləmələr baş verir. Bu cür tərləmə bəzən təhlükəli siqnal rolunu oynaya bilər. Gecə tərləmələrinin səbəbini araşdırmaq üçün mütləq həkim müayinəsinə getmək lazmdır. Çünki əksər vaxt gecə tərləmələri müxtəlif xəstəliklərin əlaməti ola bilir.

 

Belə ki, bədən tempraturunun yüksəlməsi insanların gecələr tərləməsinə səbəb ola bilir. Bu isə müxtəlif infeksiya xəstəlikləri zamanı meydana çıxır.

 

Qadınlarda gecə tərləmələrinin baş vermə səbəblərindən biri hormonal pozğunluqlardır. Ən çox menopauza dövründə qadınlarda gecə tərləmələri baş verir.

 

Kişilərdə gecə tərləmələri testosteronun çatışmazlığı səbəbindən baş verir. Buna səbəb isə androgenlərin miqdarının aşağı düşməsidir.

 

Bəzi dərmanları qəbul etmək də gecə tərləmələrinə səbəb olur. Bu dərmanlara antipretiklər və qızdırmasalıcı dərmanlar aiddir. Həmçinin gecə tərləmələri vərəm və ya AİDS xəstəlikləri səbəbindən baş verə bilir.

 

Gecələr tərləyən adamlara stress və gərginlikdən uzaq durmaq tövsiyə edilir.

 

Ada çayı və qatırquyruğu dəmləmələri gecə tərləmələrinin qarşısının alınmasına yardım edir. Bu bitki dəmləmələri insanın stressini aradan qaldırır və sinir sistemini sakitləşdirməklə tərləmənin qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib