Teymur Musayev Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına cavab verib
24.10.2023 17:12

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin ölkəmizin ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, Teymur Musayev qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə antiterror mahiyyətli tədbirlər həyata keçirilib.

 

Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib.

 

Eyni zamanda, vurğulanıb ki, UNİCEF və Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ öz əksini tapıb. Həmçinin, Ermənistanın Baş nazirinin 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarda mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib. Bütün bu faktlar bir daha sübut edir ki, Fransa və Ermənistan nümayəndələrinin səsləndirdikləri ittihamlar əsassızdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub