Təranə Bayramova: "Femilift üçüncü nəsil fraksional karbon dioksid yeni lazer texnologiyasıdır"
24.10.2023 13:21

Son illər estetik və kosmetik ginekologiya dünyada çox sürətlə inikşaf etməkdədir. Buna səbəb qadınların bu sahəyə olan təlabatının artmasıdır. Bu əməliyyatların icrasında Femilift lazer və digər CO2 lazer texnolagiyalarının tətbiqi son illər geniş yayılmaqdadır.

 

Mərkəzi Gömrük Hospitalının şöbə müdiri, mama-ginekoloq Təranə Bayramova Femilift lazer haqqında suallarımızı cavablandırıb.

 

- Təranə həkim, ilk növbədə femilift lazer haqqında məlumat verməyinizi istərdik..

 

- Femilift üçüncü nəsil fraksional karbon dioksid (CO2) yeni lazer texnologiyasıdır. Qadınlarda stress sidik qaçırma və vaginal toxumanın sıxlaşdırılması (uşaqlıq yolu daraltma) kimi halların müalicəsində istifadə olunur. Bəzi kliniki araşdırmalara görə cinsi istək və orqazm hisslərinin artmasına da müsbət təsir edir. Təsir mexanizmi toxumalarda yaratdığı termal enerji sayəsində kollagen sintezini artıraraq bağ toxumasının elastikliyini bərpa etməsinə əsaslanmışdır. Femilift lazer, cərrahi üsul olmadığı üçün əməliyyatsonrası ağırlaşmaları da olmur.

 

- Femilift lazerdən necə istifadə olunur?

 

- Prosedur ambulator şəraitdə, pasiyent ginekoloji masada uzanmış vəziyyətdə olarkən aparılır. Vaginal ultrasəs probuna oxşar ucluq (bir dəfəlik istifadə üstlüyü olur) uşaqlıq yoluna daxil edilir və müdaxilə müddəti 15-20 dəqiqə çəkməklə icra olunur. Müdaxilədən sonra yataq rejimi təyin edimir, xüsusi qulluğa ehtiyac olmur, pasiyent həmin gün normal həyatına davam edə bilir.

 

Femilift lazer aşağıdakı hallarda istifadə olunur: vagina daraltma və cavanlaşdırma, vaginal quruluğun aradan qaldırılması, menopauzaya bağlı atrofiyanın müalicəsi, vulvar vestibulit sindromunun müalicəsi, residivləşən vaginal infeksiyalarda lazer tətbiqi, qadın və kişidə cinsi əlaqə zamanı cinsi istəyin azalması, ağrılı cinsi əlaqə, stress sidik qaçırtma (asqırdıqda, öskürdükdə, gücənmə zamanı, idman zamanı və ağırlıq qaldıranda meydana çıxan), xarici cinsiyyət üzvü dərisinin rənginin açılması (ağardılması), xarici cinsiyyət üzvündə olan dəri qırışların aradan götürülməsi, labioplastika (cinsiyyət dodaqlarının plastikası), uşaqlıq boynu eroziyasının lazer vaporizasiyası, servikal konizasiya və kondiloma və molyusk kontigiozisin götürülməsi və s.

 

- Təranə həkim, qadınlarda adətən doğuşdan sonra vaginada dəyişikliklər meydana gəlir. Bunları da femiliftdən istifadə etməklə aradan qaldırmaq mümkündürmü?

 

- Bəli, düz vurğuladınız. Doğum qadın orqanizminə bir çox fizioloji olaraq travmatik təsir göstərir. Doğuşdan sonra vagina genişlənir, quruyur və kiçik çanaq divarı toxumaları zəifləyir. Femilift bütün vaginal nahiyəni, vaginal tonusu artıraraq müalicə edir,  toxuma və bağların gücünü və elastikliyini geri qaytarır.

 

Femiliftlə müalicə ağrısız, qansız, ağrıkəsici tələb etməyən, minimal invaziv, ambulator şəraitdə asanlıqla icra edilə bilən müalicədir, yüksək effektivliyi, sağalma dövrünün olmaması, xəstələrin həmin gün gündəlik normal həyat tərzlərinə dönməsinə imkan verir. Hər bir şikayətləri olan qadına bu xidmətdən yararlanmağı tövsiyə edirəm.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər