Koronavirus insanlarda diabet yarada bilər - ARAŞDIRMA
23.10.2020 09:30

Bir çox viruslar mədəaltı vəzini o dərəcədə zədələyir ki, xəstədə virus infeksiyasından sonra gözlənilmədən I dərəcəli diabet formalaşa bilər. COVID-19 da belə bir təsir mexanizminə malikdir.

 

Bu elmi açıqlama Cell Medicine dərgisində dərc olunub.

 

Aztibb.az xəbər verir ki, alimlər koronavirusun mədəaltı vəzinin işinə təsirini araşdırırlar.

 

Bildirilir ki, viruslar həssas orqan olan mədəaltı vəzin hüceyrələrinə nüfuz edərək, insulin hasil edən adacıqları zədələyir. Entevirusların pankreatit, perikardit yaranması çoxdan məlumdur. Eləcə də koksaki, poliovirus, exoviruslar I tip diabetə səbəb ola bilir.

 

Alimlər hesab edir ki, mədəaltı vəzidə bəzi reseptorlar var ki, SARS Cov virusu ilə bağlana bilir. Əgər koksaki mədəaltı vəzini zədələyirsə, deməli, yeni koronavirusda da bu hal gözləniləndir.

 

Artıq koronavirus xəstələrindən bir neçəsində I tip diabet əmələ gəlməsi barədə az da olsa faktlar var.

 

Koronavirus insulin hasilatına ciddi zərbə vura bilər. Ona görə bu xəstələr sağaldıqdan sonra mütləq şəkəri və mədəaltı vəzini müayinə etdirməlidir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib