Rasiona daha çox limon əlavə etməyin 5 əsas səbəbi
23.10.2020 08:54

Limonlar optimal sağlamlıq üçün ən sərfəli meyvələrdən biridir. Limon meyvəsinin tərkibinin immuniteti stimullaşdıran antioksidanlar və faydalı bitki birləşmələri ilə zəngin olması qidalılıq baxımından müxtəlif yeməklərə də faydalı təsir göstərir.

 

Aztibb.az bu barədə “MedikForum” saytına istinadla məlumat yayıb.

 

Limon yüksək səviyyəli S vitamininə, fol turşusuna, kalium maddəsinə malik olmaqla yanaşı, həm də çox təsirli qida mənbəyidir. Buna görə limonun insan sağlamlığına da eyni dərəcədə müsbət təsir göstərməsi təəccüb doğurmur.

 

Limon əhval-ruhiyyəni yaxşılaşdırır. Onun təbii qoxusu ilə nəfəs almağınız əhvalınızı yüksəltməyə və daha aydın düşünməyə kömək edə bilər. Limonu yalnız bu məqsədlə istifadə etməyi planlaşdırırsınızsa, onda limonla daha zəngin olan efir yağından istifadə etməyiniz məsləhətdir.

 

Səhər limonlu ilıq su içmək çəkinizi aşağı salmaq üçün sizə yardımçı ola bilər. Bu təsir, limon qabığında çəki artımının və piylənmənin qarşısını alan bitki birləşmələrinin olması ilə izah edilir.

 

Həmçinin limon qan təzyiqini azaldır. Limon şirəsinin istifadəsi uzunmüddətli perspektivdə sabit təzyiqi saxlamağa kömək edə bilər. Araşdırmalar həmçinin göstərir ki, bu effekt yüksək arterial təzyiqə meylli insanlarda xüsusilə nəzərə çarpır.

 

Limonun tərkibindəkı limon turşusu böyrək daşlarının həll edilməsində parçalanmasında effektli təsirə malikdir. Sidikdə daha çox limon turşusunun olması böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

 

Limonun daha bir faydalı əlaməti, onun yoluxucu mikroblarla mübarizə aparmasıdır. S vitamini ilə zəngin olan liman meyvəsi güclü antimikrobiyal xüsusiyyətlərə malikdir. Zərərli bakteriyaların, göbələk və virusların yaratdığı infeksiyaların qarşısını almaq üçün mütəmadi olaraq limon şirəsi içmək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib