Nadir xəstəliyə yoluxmuş uşaq Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlığına qovuşub
17.10.2023 09:40

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinə ölkəmizdə nadir hallarda rast gəlinən leyşmanioz xəstəliyi ilə 4 yaşlı oğlan uşağı daxil olub. 3 il əvvəl o, bu problemlə qarşılaşıb və müalicə alıb. Xəstəlik nəticəsində uşağın dalağında və qaraciyərində böyümə baş verib. Aparılan müalicə sayəsində qaraciyər normal hala gətirilib, dalaqda geriləmə izlənilməyib. Xəstənin valideynləri bir sıra tibb mərkəzlərində olsalar da bu əməliyyat çox riskli olduğundan həmin tibb müəssisələrinin həkimləri uşağı  əməliyyat etməkdən imtina ediblər.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, Hospitalda infeksion, pediatrik, anestezioloji, həm də cərrahi tərəfdən xəstəlik dəyərləndirildikdən sonra - dalaq həddən artıq böyüdüyünə, bədəndəki qanın həcminin təxminən yarısını “həbs” etdiyinə görə xəstə üzərində məcburən dalağın çıxarılması – splenktomiya əməliyyatına qərar verilib. Hospitalın Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov ciddi hazırlıqdan sonra xəstəni əməliyyat edib və dalaq onun bədənindən xaric edilib. Əməliyyat öncəsi üçlü peyvəndlər tətbiq edilib ki, əməliyyatdan sonra infeksiya keçirib problem yaranmasın. Hazırda uşağın vəziyyəti stabildir, o tam qidalanır və evə göndərilməyə hazırdır.

 

Qeyd edək ki, leyşmaniya 2-3 mm-lik bir parazitdir və insan bu parazitə kiçik həşaratlar, əsasən ağcaqanadların dişləməsi ilə yoluxur. Leyşmaniya insanı yoluxdurduqda müxtəlif xəstəliklər törədə bilir. Dəridə, daxili orqanlarda bəzi xəstəliklər vardır ki, bu parazit qan və ya sidiklə dalağa daxil olub onun böyüməsinə səbəb olur. Əksər hallarda müalicə sayəsində dalaq kiçilir və normal hala düşür, amma bəzi hallarda bu baş vermir və dalaq cərrahi yolla çıxarılır. Leyşmanioz endemik xəstəlikdir, adətən isti ölkələrdə, xüsusilə Afrikada yayılmışdır. Azərbaycanda bu xəstəliyə nadir hallarda rast gəlinir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub