Dosent İsrail Məhərrəmbəyli: "Azərbaycanda anesteziologiya-reanimasiya xidmətinin təşkilinə ötən əsrin 60-cı illərində başlanılıb"
16.10.2023 15:34

Hər il oktyabrın 16-da Ümumdünya Anestezioloqlar Günü anestezioloq-reanimatoloqlar və tibbin bu sahəsinin mütəxəssisləri tərəfindən peşə bayramı kimi qeyd olunur.

 

ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Səhiyyə Nazirliyinin anesteziologiya və reanimatologiya üzrə eksperti İsrail Məhərrəmbəyli Aztibb.az-a əlamətdar gün barədə məlumat verib.

 

Həkim bildirib ki, reanimatologiya canlandırma ilə məşğul olan bir elmdir və 3 əsas istiqaməti var: reanimasiya, intensiv terapiya, anesteziya. Anesteziologiya əsasən ağrısızlaşdırma ilə məşğuldur və tarixi çox qədim zamanlara gedib çıxır. Müasir anesteziologiyanın tarixi XVIII əsrin ortalarına təsadüf edir. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton müəllimi, həkim və kimyaçı Çarlz Ceksonun tövsiyəsi ilə üz hissədən şişi götürmək üçün efir narkozu altında əməliyyat aparıb. Anesteziyaedici kimi o, dietil efirinin inhalyasiyasını tətbiq edib və tibb tarixində ilk dəfə olaraq ümumi narkoz anesteziya ilə əvəz olunub. Ona görə də oktyabrın 16-sı Dünya Anestezioloqlar Günü kimi qəbul edilib.

 

İ.Məhərrəmbəyli müasir anesteziologiyanın inkişaf tarixinin şərti olaraq 6 mərhələyə bölündüyünü söyləyib: “Birinci mərhələ efir narkozuna qədərki dövrdür. Bundan sonra efir narkozunun tətbiqi mərhələsidir. Üçüncü mərhələ isə yerli anesteziologiyanın tətbiqidir. Bu mərhələdə göz həkimi Karl Koller göz əməliyyatında ilk dəfə olaraq kokain məhlulundan keyləşdirmə məqsədilə istifadə etmişdir. Dördüncü mərhələ venadaxili anesteziyadır ki, tətbiqinə 1902-ci ildə başlanılmışdır. Sonrakı mərhələlərdə isə bir çox kəşflərin, o cümlədən süni tənəffüs aparatlarının anesteziologiyaya tətbiqi bu sahənin inkişafına böyük təkan vermişdir”.

 

Azərbaycanda anesteziologiya-reanimasiya xidmətinin təşkilinə ötən əsrin 60-cı illərində başlanıldığını deyən İsrail Məhərrəmbəyli anesteziologiyanın bir elm kimi 70-ci illərdən tədris edildiyini bildirib. Onun sözlərinə görə, 1974-cü ildə Azərbaycan Tibb Universitetində Anesteziologiya-reanimatologiya kafedrası açılıb və bu sahə üzrə ilk ixtisaslı kadrlar hazırlanıb. Kafedranın ilk yaradıcısı professor, Əməkdar elm xadimi Abbas Axunbəylidir. Hazırda kafedraya Abbas müəllimin tələbəsi, professor İsfəndiyar İsmayılov rəhbərlik edir. Anesteziologiya məsuliyyətli bir sahədir. Anestezioloq isə xəstənin taleyinə cavabdeh olan şəxsdir. Ona görə də anestezioloqun qarşısında bir neçə mühüm vəzifə durur. O, ilk növbədə xəstənin vəziyyətini, anestezioloji riski düzgün qiymətləndirməyi bacarmalıdır. Hər bir anestezioloq effektli və təhlükəsiz anesteziologiya aparmağa borcludur. Həmçinin anestezioloq  əməliyyat zamanı xəstənin həyatı təhlükədə qalmaması üçün anesteziya növünü düzgün seçməlidir.

 

İsrail Məhərrəmbəyli Anesteziologiya və reanimatologi kafedrasının ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə və Onkologiya klinikalarında anestezioloji xidmət apardığını vurğulayıb. Qeyd edib ki, Tədris Cərrahiyə Klinikasında artıq çoxsaylı anestezioloqlar var: “Klinikanın 20-dən artıq əməliyyat blokunda kardiocərrahi əməliyyatlardan tutmuş, transplantoloji əməliyyatlara qədər ən müasir, mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmin əməliyyatlar zamanı anestezioloji xidmət aparanlar ATU-nun məzunları və kafedranın əməkdaşlarıdır”.

 

Əvvəlki illərlə müqayisədə gənclərimizin bu sahəyə marağının xeyli artdığını diqqətə çatdıran dosent İ.Məhərrəmbəylinin sözlərinə görə, Tədris Cərrahiyə Klinikasında 30-dan çox rezidentimiz fəaliyyət göstərir. Bu il də 20-dən çox rezident anesteziologiya ixtisası üzrə qəbul olunub. Artiq III kurs rezidentlərimiz sərbəst anestezioloji xidmət apara bilirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir