İsmayıllının ucqar kəndlərində yaşayan sakinlərin tibbi müayinəsi aparılıb
16.10.2023 14:35
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət briqadası hər həftənin şənbə günü rayonun ucqar kəndlərində vətəndaşları müayinə edir.
 
Aztibb.az xəstəxananın feysbuk səhifəsinə istinadla xəbər verir ki, həkimlərin növbəti xəstə qəbulu Qalacıq Ailə Sağlamlıq Mərkəzində baş tutub.
 
ASM-in Bölmə müdiri terapevt Fikrət Bədirovun iştirakı ilə nevropatoloq Zivər Xəlifəquliyeva, pediatr Jalə Bağırova xəstələri müayinə edib, lazımi müalicə və məsləhətlərini veriblər. Daha ətraflı diaqnostik müayinəyə ehtiyacı olan xəstələr isə Mərkəzi Xəstəxanaya yönləndiriliblər.
 
Aksiyada məqsəd ucqar kəndlərimizdə yaşayan, müayinə və müalicə olunmaq üçün rayon mərkəzinə gəlməkdə çətinlik çəkən, eyni zamanda aztəminatlı əhaliyə tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub