Hər həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - Yaqut Qarayeva
22.10.2020 13:07

Hazırda bizim COVID-19 xəstələri üçün çarpayı fondu baxımından heç bir problemimiz yoxdur.

 

Aztibb.az-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, stasionar müalicə alan xəstəyə hər bir həkim qulluq edə bilər.

 

Bu təcrübənin bütün dünyada olduğunu deyən Y.Qarayeva əlavə edib ki, başqa bir ixtisasdan olan həkimlər yüngül treninq keçməklə stasionar müalicə olunan xəstəni nəzarətdə saxlaya bilirlər:

 

“Amma reanimasiyaya düşən xəstəyə yalnız mütəxəssis - həkim-reanimatoloq baxa bilər. Qeyri-ixtisas həkimlərini qısa müddətdə öyrədib onu süni tənəffüs aparatının başına qoymaq mümkün deyil. Bu, illərlə qazanılan bir təcrübədir. Ona görə də bunları nəzərə almaq lazımdır”.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır