Qəfil ürək ölümündən öncəki ƏLAMƏTLƏR
14.10.2023 21:16
Qəfil ürək ölümü - əvvəllər ölümcül xəstəliyi olmayan bir şəxsdə gözlənilmədən və simptomların başlanmasından sonra qısa müddət ərzində (adətən 1-2 saat ərzində) baş verən ölümdür.
 
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev Aztibb.az-a bildirib ki, əsasən uzun müddətli mədəcik taxikardiya və ya ventriküler fibrilasiya adlanan ölümcül ritm pozğunluqlarının formalaşması ilə baş verir.
 
Onun sözlərinə görə, ölüm 1-2 saat ərzində, xüsusən də dəqiqələr ərzində baş verirsə, bu, böyük ehtimalla (90-95 faiz) aritmiyadandır. Bir neçə saat ərzində baş verən qəfil ölümlər ürək əzələsinin geniş yayılmış zədələnməsi və nasos çatışmazlığı ilə nəticələnən kontraktil qüsurun nəticəsidir. Əsasən sol əsas koronarın qəfil tıxanması ilə əlaqədardır.
 
Cabir Gülmalıyev qəfil ürək ölümündən öncəki əlamətləri sadalayıb:
Ürək döyüntüləri;
Sinə ağrısı;
Nəfəs darlığı;
Sinədə təzyiq hissi, sıxılma;
Başgicəllənmə;
Gözlərdə qaralma;
Narahatlıq hissi.
 
Həkim qeyd edib ki, qəfil ürək ölümləri bəzən heç bir şikayət olmadan yerə çökmə şəklində olur
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub