3 saylı Bakı “ASAN xidmət” mərkəzində İİV müayinəsi aparılıb  
13.10.2023 10:48
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib, müayinələr aparılıb.
 
Bu barədə Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib.
 
“ASAN xidmət”in əməkdaşlarına, könüllülərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən bəhs edən təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
 
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
 
Tədbirin davamında “ASAN xidmət”in əməkdaşlarına, könüllülərə və vətəndaşlara İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub