"Göz təzyiqi hazırda qeyri kontakt tonometrlə ölçülür" - Oftalmoloq Şəhla İsmayilzadə
14.10.2023 10:23
Qlaukoma ən ağır göz xəstəliklərindən biri hesab olunur. Xəstəliyin terminal mərhələsində xəstə görməsini tamamilə itirə bilər. Xəstəliyin el arasında “qara su” adı ilə məşhur olmağı da bununla əlaqədardır.
 
Aztibb.az xəbər verir ki, bu barədə Şuşa Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu Şəhla İsmayilzadə qlaukoma xəstəliyi ilə bağlı məlumat verərkən deyib.
 
Şəhla İsmayilzadə qeyd edib ki, müəyyən səbəblərdən göz daxilindəki maye dövranı pozulur və bunun nəticəsində göz təzyiqi artır. Nəticədə artmış göz təzyiqinə qarşı çox həssas olan görmə siniri getdikcə sıxılaraq atrofiyaya uğrayır, yəni quruyur. Tədricən geridönməz dəyişikliklər baş verir və xəstə görməsini itirir.
 
"Burada ən qorxulu məqam ondadır ki, bütün bunlar xəstə tərəfindən hiss olunmur, (əgər söhbət açıq bucaqlı qlaukomadan gedirsə) və görmənin itməsi tədricən baş verir. Ona görə də yaşı 40-dan yuxarı olan şəxslər ildə 1 dəfə göz təzyiqini yoxlatdırmalıdırlar. Xüsusilə də bu yoxlanma müəyyən risk qrupunda olan şəxslərə aiddir", - deyə oftalmoloq bildirib.
 
O, şəkərli diabet, arterial hipertenziya, hipotenziya, göz daxili təzyiqi normadan yuxarı olanların, irsi meyllilik, yüksək dərəcəli miopiya və ya hipermetropiya (uzağı və ya yaxını zəif görmə), eləcə də bəzi göz xəstəlikləri (xronik uveit, tor qişanın qopması, gözün şişləri və s.) olanların risk qrupuna daxil edildiyini söyləyib.
 
Oftalmoloq əlavə edib ki, qlaukomanın diaqnozu əsasən, görmə itiliyinin və göz təzyiqinin ölçülməsi, görmə sahəsinin və göz dibinin müayinəsinə əsasən qoyulur. Bəzən yardımçı müayinə metodları da gərək ola bilər:
 
"Göz təzyiqi hazırda qeyri kontakt tonometrlə ölçülür ki, bu müayinə pasiyentlər tərəfindən çox rahatlıqla qarşılanır. Xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, müalicə də o qədər effektiv olur".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub