Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10.10.2023 11:05

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb.

 

Agentlikdən Aztibb.az-a veriln xəbərə görə, ölkə Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC arasında sıx əməkdaşlıq aparılıb. Belə ki, “Hökumət buludu”na Keçid Planına əsasən agentliyin informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam miqrasiyası üzrə işlər yekunlaşıb.

 

Agentliyin informasiya sistemlərinin mərhələli şəkildə “Hökumət buludu”na (G-cloud) miqrasiyası təmin edilib və bəzi hallarda yeni informasiya sistemlərinin infrastrukturu birbaşa olaraq “Hökumət buludu”nda yaradılıb.

 

Agentlik İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturunu və məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS-Backup-as-a-Service) xidmətini əldə edib. Həmçinin agentlik elektron xidmətlərin göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkil edilməsi, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatının və 24/7 monitorinqinin həyata keçirilməsi kimi əlavə xidmətlərdən yararlanır.

 

Eyni zamanda, agentlik qurum üçün ayrılmış informasiya texnologiyaları resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə tənzimləmək imkanına malikdir.

 

Qeyd edilib ki, hazırda agentlik və “AzInTelecom” MMC bulud xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə müzakirələri davam etdirir.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər