Xalq təbabəti: min bir dərdin dərmanı
22.10.2020 09:07

Qədim torpağımız yalnız zəngin milli mədəniyyəti, mətbəxi, mənəvi dəyərləri ilə deyil, həm də minilliklərdən gələn xalq təbabəti ilə də məşhurdur. Ulu babalarımız, əcdadlarımız gündəlik müşahidələri və təcrübələri sayəsində zəngin təbiətimizdə mövcud olan dərman bitkilərindən istifadə edib, onların faydalı xüsusiyyətlərini gələcək nəsillərə də ötürüblər.

 

Öd kisəsi ağrısı: qarında küt ağrı, ürəkbulanma halında yarım limonun suyunu sıxıb, ona yarım çay qaşığı çay sodası qatıb, qəbul etmək ağrıları səngidir.

 

Allergiya zamanı: bir qaşıq quru yovşan axşamdan soyuq suda isladılır. Səhər süzülür, gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı suya bir az bal qatılaraq udulur.

 

Mədə ağrıları zamanı: reyhan, çobanyastığı və nanəni 500 ml suda dəmləyib, gündə 3 dəfə yeməkdən sonra bir kiçik fincan qəbul etmək yaxşı effekt verir.

 

Bronxitdə: 2 dəfnə yarpağını 100 ml suda buxarlanana kimi qaynadırsınız. Qalan mayeni gündə 3 dəfə 1 xörək qaşığı qəbul edirsiniz.

 

Varikoza qarşı: yaşıl qozları şüşə bankaya yığıb, üzərinə təmiz zeytun yağı töküb, 40 gün günəş altında saxlamaq, daha sonra bu yağdan hər gün ayaqlara çəkmək xeyirlidir.

 

Barmaqlarda göbələk zamanı: nanə yarpaqlarını əzib duzla qarışdırıb, barmaqların arasına sürtmək göbələyi azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib