Alimlər süni intellektə zəhərli nanohissəciklərin axtarışını öyrədiblər
09.10.2023 12:31

Xərçəng hüceyrələri üçün seçici olaraq zəhərli olan nanohissəciklərin müəyyən edilməsi məqsədiləsüni intellektə müəyyən alqoritmlər öyrədilib.

Aztibb.az “Neva Today” internet qəzetinə istinadən xəbər verir ki, bu üsul uzun müddətdir nanohissəciklərin toksikliyini müəyyən etmək üçün istifadə olunurdu, lakin bu dəfə işdə genetik alqoritmdən istifadə edilib.

Qeyd olunur ki, yeni yanaşma təbii seleksiyaya bənzəyir. Eyni zamanda, yeni modelin göstəriciləri analoqlarını üstələyib. İxtira sayəsində nanohissəciklərin hüceyrələrə toksiklik dərəcəsi faizlə nümayiş etdirilib.

Qeyri-üzvi nanohissəciklərin xərçəng hüceyrələrinə dərman çatdırmağa kömək etdiyi və dərmanın sağlam hüceyrələrə mənfi təsirini azaltdığı məlumdur. Ancaq bir nüans var - bəzi maddələr həm xərçəng, həm də sağlam hüceyrələr üçün eyni dərəcədə zəhərlidir. Proses həm də qiymət və sürət baxımından fərqlənir.

Öz növbəsində, ITMO Universitetinin alimləri öz işlərində süni intellektdən istifadə ediblər. Tədqiqatçılar nanohissəciklərin ölçüsünə, yükünə, həmçinin tərkibinə və səthinin xüsusiyyətlərinə əsaslanaraq onların toksikliyini tanımaq üçün sistemi öyrədiblər.

Yeni yanaşma nümunələr üzərində sınaqdan keçirilib. Ümumilikdə, müxtəlif növ nanohissəciklərlə 3700 eksperimentin nəticələrinə malik verilənlər bazası tədqiq edilib, həmçinin normal və xərçəng hüceyrələrinin 75 xətti üzərində sınaqdan keçirilib.

Mütəxəssislərin fikrincə, yeni tədqiqat alimlərə mövcud dərmanların yan təsirlərinin qarşısını almaqla yanaşı, yeni xərçəng dərmanlarının hazırlanmasında da kömək edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır